"Mətbuatda Qadir İbrahimlini dost hesab etməyən jurnalist tapılmaz" - Əflatun Amaşov

"Azərbaycan jurnalistikasında elə bir adam tapılmaz ki, Qadir İbrahimlini özünə dost hesab etməsin".

"Report"un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O xatırladıb ki, mərhum Q.İbrahimli peşəkar jurnalist olub: "Onun haqqında çoxsaylı xatirələr qalacaq. Heç kim düşünmürdü ki, biz onunla bir neçə gündən sonra vidalaşacağıq. Qadir bu gün Lənkaran şəhərində dəfn olunacaq".

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar