MİLLİ MƏCLİS APARATINDA KADR İSLAHATLARI – Yeni təyinatların məqsədi nədir?

Xəbər verdiyimiz kimi, Milli Məclis Aparatında bir sıra kadr islahatları aparılıb. 

Belə kİ, Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Şahin Xanbaba oğlu Quliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzova həmin şöbənin müdiri vəzifəsinə gətirilib.

Verilən məlumata görə, Milli Məclis aparatında geniş struktur və kadr islahatları parlament aparatının fəaliyyətinin təkmilləşdirilməsi və daha çevik və səmərəli fəaliyyətin təmin olunması məqsədilə həyata keçirilib. Buna paralel olaraq, geniş kadr islahatları aparılıb, uzun müddət parlament Aparatında çalışmış və bundan əvvəlki rəhbərliklərin "görmədikləri" təcrübəli əməkdaşlar qulluqda irəli çəkilirlər.

Musavat.com xəbər verir ki, ölkəmizdə gənclərin mühüm dövlət vəzifələrinə təyin olunması ilə bağlı tədbirlərə uyğun olaraq, Milli Məclis aparatında da müvafiq addımlar atılmaqda, bacarıqlı, müasir dünyagörüşünə malik gənclər parlament aparatında yüksək vəzifələrə təyin olunmaqdadırlar. Uzun müddət Milli Məclisin komitələrində ekspert kimi çalışan ‘’arxasız’’ şəxlərə yüksək etimad göstərilir, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifələrinə keçirilirlər. Ən önəmlisi, Şəhid anasının, Vətən müharibəsi qazisinin Milli Məclisdə işə götürülməsi geniş ictimaiyyət tərəfindən təqdirlə qarşılanır.

Rüstəm Mahmudov

Qeyd edək ki, Milli Məclis Sədrinin sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

R.Mahmudov 16 ildən çox Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb, II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şakir Şabanov

Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir.

Şahin Quliyev

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Göründüyü kimi, yuxarıda adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis yeni rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir.

Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olub, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar.

Ayan Murtuzova

Son olaraq isə Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunmuşlar. 

Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilmişdir. Bütün bunlar Milli Məclisdə qadınlara göstərilən etimadın və onlar üçün yaradılan imkanın təzahürüdür. Qadınların dövlət qulluğunda irəli çəkilməsi, dövlət idarəçiliyində onlara geniş meydan verilməsi aparılan dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

635x100

Şərhlər

Mailov 2022-05-23 01:53:46

Milli Məclis Aparatı tam rərkibdə Safo ilə eyni zamanda Milli Məclisdən qovulmalı idilər..Yoxsaonların yerdəyişməsi mənasız və zərərli addımdır.Çünki onlar Səfo Mirzoinin seçib gətirdiyi işçiləri və kadtlarıdırlar.Bunu anlamaq o qədər də çətin deyil.

Son yazılar