“Ukraynalılar bütün Avropanın və dünyanın qəhrəmanlarıdır” - Duda

"Polşa prezidenti Anjey Duda qeyd edir ki, Rusiya ordusuna qarşı müqavimət göstərən ukraynalılar bütün Avropada və dünyada qəhrəmandırlar".

APA UNİAN-a istinadən xəbər verir ki, Duda bunu Ukrayna Ali Radasında çıxışı zamanı deyib.

"Avropanı barbarlığın işğalından və yeni rus imperializmindən müdafiə etdiyinizə, tiranlara öz yerini göstərdiyinizə görə təşəkkür edirəm. Azad xalqın ruhunun daha güclü olduğunu göstərdiniz üçün! Buna görə sizə ürəkdən təşəkkür edirəm", - Duda vurğulayıb.

O, ukraynalılara göstərdikləri cəsarətə, azadlıq və Vətən sevgisinə görə təşəkkür edib.

635x100

Şərhlər

TT 2022-05-23 17:54:59

Слава Украине !!!!!

t.ədalət 2022-05-22 20:38:31

Ukraynalılar sonda müharibəni qələbə ilə bitirəcəklər.Çünki onların qələbəsi üçün dualar edən bütün dünya xalqlarının əli Tanrı dərgahına uzanıb.Zalımın qarşısında çökməyən əziz Ukrayna xalqı,uğurunuza sağlıq!

Son yazılar