Menu

Müxalifət Ermənistan XİN binasının girişini bloklayıb

24.05.2022, 09:53
Müxalifət Ermənistan XİN binasının girişini bloklayıb

Baş nazir Nikol Paşinyanın istefasını tələn edən “Müqavimət” hərəkatının üzvləri İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb.

APA TASS-a istinadən xəbər verir ki, bir neçə min etirazçı polis koridorunu yararaq XİN binasının giriş və çıxışlarını bloklayıb.

Müxalifətin liderlərindən biri, vitse-spiker XİN-nin artıq Ermənistan dövlətinin maraqlarına xidmət etmədiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol