Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: "Dövlətə dəyən maddi ziyanı ailəmə məxsus əmlaklarla ödəməyə hazıram".
Daha sonra dövlət ittihamçısı V.Hacıyevə suallar verib. O deyib ki, təqsirləndirilən şəxsə məxsus mənzilə və xidməti otağına baxış zamanı 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi (ümumilikdə 6 298 834 manat) vəsait müsadirə edilib.
V.Hacıyev isə söyləyib ki, həmin vəsaitlərin hamısı həyat yoldaşının babasından miras qalmış pullar idi.

Daha sonra sabiq icra başçı qanunsuz silah saxlamada ittiham olunduğu epizod üzrə də danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədlə silah mağazasından alıb.
V.Hacıyev dövlət ittihamçısının digər epizodlar üzrə verdiyi suallara cavab verməkdən imtina edib.
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Şərhlər
A balam,mən demək istədiklərimin bəlkə də yüzdə birini deyəmmirəm,çünki böyük ehtimalla şərhimi verməyəcəklər.Ona görə də qısaca deyim ki,burada söhbət erməni xalaqızılarından gedir,ayə,ay millət. Buna bu sözü kim öyrədibsə çooox arif adamdı,demək istəyib ki “məndən soruşunca gedib filankəsdən soruşsanız yauu”.Türklər demiş, yani.Arif olmayanlar isə Vilyamın sözlərini eşidincə sadəcə deyəcək ki “nə deyir əə bu”.Hörmətli admin,sən canın kəsmə şərhimi,çünki onsuz da hər adam anlamayacaq nə dediyimi.Anlayanlar bəsimdi.
Bunlar hamısı dilənçi olub. ...
Onun arvadinin babasi Taqiyev idi, menim bobamnan dost idi, bobam deyirdi ki, valyutani yaqlayib bastirib saxlayib nevesi ûcûn , adam dûz deyir, pullar arvadina , rehmetlikden qalib. Buraxun adami evine eshikne, Hafiz mellimde testik ede biler )
Mənim babamın babasının babası doğulanda deyilənə görə birinci Pyotrun dədəsi çar Aleksey Mixayloviçin Stepan Razini şaqqaladığı il imiş,molokanlar qaçıb gəliblərmiş buralara.Babamın babasının babasının atası onlara süd aparıb satmağa,yaman südsevən olublar,bizimkilər şahsevən olub,onlar da südsevən,deyiblər nə gözəl süddü,nəynən bəsləmisən inəkləri,babamın babasının babasının atası da deyib kəklikotuynan,deyiblər onda hər gün bizə süd gətir,hər litrinə bir imperial verək,babamın babasının babasının atası da hər gün onlara süd aparıb filan qədər.onlar da imperial veriblər hər litrinə,beləcə varlı olub babamın babasının babasının atası.Onun bir oğlu olub,adını Dadaş qoyub.Familiyam ordandı yəni.O külbaş da pulların yarısını qumara qoyub, yarısını da bir ərəb qızının göbəkrəqsinə,ona görə də mənim bu gün bir cındır 011-im var,mostu qaçıb,salnikləri yağ buraxır,pompası da partlayıb.Bilsəydi üç yüz il sonra belə firavan günlərimiz gələcək,mənə də bir şey saxlayardı.
Məsələ belədi.“Həyat yoldaşımın atasından qalıb” desə düz çıxmayacağını bilib,daha doğrusu bildirənlər olub,çünki qayınatası böyük ehtimalla Sovet dövründə doğulub,boya başa çatıb.Bolşevizmin ilk vaxtlarında heç kimsə o qədər pul qazannamazdı.”Elə isə babasınnan qalıb” deyim,çarizm vaxtına düşsün.Yəni qayınatasının atası və qayınatası biliblər ki,sovet dövləti yetmiş il sürəcək,ona görə də vəsiyyət eliyiblər ki respublika müstəqillik olanda üzə çıxardarsınız yeyərsiniz bu boyda var-dövləti.Bunlar da nə Xruşşov vaxtında,nə zastoy Brejnev vaxtında,nə Andropov-Çernenko vaxtında,nə Qorbaçovun perestroykasındakı aclıq vaxtlarında belə dəyməyiblər o var-dövlətə,çünki Azərbaycanın müstəqil olacağını,və o müstəqil Azərbaycanın rayonlarından birinə Vilyamın icra başçısı təyin olunacağını gözləyiblər,elə ki Vilyam başçı oldu,biliblər ki zaman həmin bu zamandı, deyiblər de çıxarın milyonları,yeyin-için kef eliyin,dövran bizimdi ee ayə.Nəzarət-filan yoxdu daha.
Bu şexse bir ad qoymaq olar:”Esrin xoşbext kürekeni”” .Bunda günah yoxdur ,bunun o vezifeye teqdim edeni de göndermek lazımdır bunun yanına oturub şerefsiz fealiyyetlerini müzakire etsinler .Kül olub bu milletin başına ki bele dilençiler İcra başçusı teyin olunur.Eslinde bunların yeri “ Tezepir” mescidinin qabağıdır ,oturub dilensinler bunkar kişidir ki hele bşr o vezifeye teyin olunublar,kişi olsakar ürekleri indiyedek partlamalı idi.
Tamamilə düz deyir. Mən də şahidəm ki, Rokfeller bu.... arvadının babasıdır. Gözümlə görmüşəm. Hələ Vilyamın yadından çıxıb deməyib ki, Bull Qeyrs də onun arvadının əmisi idi.Şekspir də xalasının əritdi. Bunun da Vilyam Şekspirin şərəfinə Vilyam qoyublar. Amma dediyim kimi bəstəkar yox korrupsioner çıxdı.
Bunun həyat yoldaşının babası bu qədər xarici valyutanı hardan çırpışdırıb?Sovet dövründə xarici valyuta toplamaq mümkün idimi?Deyəsən,Vilyam müəllimin bu fikrinə ən tutarlı cavabı Hafiz Hacıyev verəcək.Pulun hardan gəldiyini Hafiz müəllim daha yaxşı bilər.