Menu

ƏFV SƏRƏNCAMI İLƏ AZADLIĞA ÇIXAN ÖMÜRLÜK MƏHBUS... - Şəmsi Səmədzadə kimdir? + VİDEO

28.05.2022, 20:05
ƏFV SƏRƏNCAMI İLƏ AZADLIĞA ÇIXAN ÖMÜRLÜK MƏHBUS... - Şəmsi Səmədzadə kimdir? + VİDEO

Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra azadlığa buraxılıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Şəmsi Səmədzadə sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.

Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb.

Bir neçə il əvvəl "Qulp studio" "Rezonans" verilişinin bir buraxılışını Şəmsi Səmədzadəyə həsr edib.

O, verilişdə öz hekayəsini danışıb: "Mən həbs olunanda böyük oğlumun 12, özüm 34, qızım 7, kiçik oğlum 4 yaşında idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün burdayam.

Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi. Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.

12 il heç kimə icazə vermədim həbsxanaya gəlsinlər. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burda olmağımla".

Daha ətraflı videoda:

Şərhlər

Cammat 2022-05-31 15:03:02

Bu adamı çox da tərifləməyin. Onu " çox yaxşı" tanıyırlar.

t.ədalət 2022-05-28 20:59:24

Zakir Karalov çox evlər yıxdı.Ata tərəfdən kürd,ana tərəfdən erməni idi.Ona görə də türk millətinə zalımlıq edirdi.

Roma 2022-05-28 14:54:17

Allah köməyiniz olsun, Sizə baxanda, qulaq asanda həmişə düşünürdüm ki, bu insan ləyaqətli, qanacaqlı, necə deyərlər sıradan biri deyil, demək yanılmamışam. Əsilli-nəsilli, nəcabətli bir nəslin nümayəndəsi...Hayıf itirilən illərdən...Sizə pisliyi keçəni və ya keçənləri isə, Ulu tanrının məhkəməsinə buraxıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol