Menu

İranda qatar relsdən çıxıb - Ölənlər və yaralananlar var

08.06.2022, 09:47
İranda qatar relsdən çıxıb - Ölənlər və yaralananlar var

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 9 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.

“Report” “Mehr”ı istinadən xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyətinin Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.

Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artcağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol