Menu

ABŞ Rusiyaya qarşı sanksiyaları bir qədər də genişləndirir

29.06.2022, 00:26
ABŞ Rusiyaya qarşı sanksiyaları bir qədər də genişləndirir

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb. Sanksiya siyahısına, Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov həyat yoldaşı və uşaqları ilə birlikdə, həmçinin Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Yevgeniya Vasilyeva və teleaparıcı Tina Kandelaki daxil edilib.

Ümumilikdə, şəxsi sanksiyalar siyahısında 57 nəfərin adı var.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti də 45 müəssisə və 29 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“Qara siyahı”ya düşən şirkətlər arasında “Rostex”, “KamAZ”, “Tupolev” də var.

Mənbə: gazeta.ru

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol