Menu

NİYAZI SƏFƏROVA YENİ VƏZİFƏ VERİLDİ - Nazirin müşaviri təyin edildi

30.06.2022, 18:47
NİYAZI SƏFƏROVA YENİ VƏZİFƏ VERİLDİ - Nazirin müşaviri təyin edildi

İyunun 24-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilən Niyazi Səfərova yeni vəzifə verib.

Hökumətdəki mənbələrdən "AzPolitika.info"ya verilən məlumata görə, nazir Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

Qeyd edək ki, N. Səfərov 2006-cı ildən iqtisadi inkişaf nazirinin müavini, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini, daha sonra isə iqtisadiyyat nazirinin müavini işləyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol