Rusiya Mərkəzi Bankı rublun sürətlə ucuzlaşmasının qarşısını almaq üçün oktyabr ayı ərzində 30 milyard dollar xərcləməyə məcbur olub.
Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyada ümumi iqtisadi vəziyyəti pisləşdirdi və nəticədə rubl sürətlə ucuzlaşmağa başladı.
Bir neçə gün əvvəl Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarını qorumaq naminə gündə yalnız 350 milyon dollar vəsait ayıra biləcəyini bildirdi.
Bu isə oktyabr ayında hər gün rublu qorumaq üçün xərclənən vəsaitin yalnız yeddidə biridir. Dünəndən başlayaraq rubl sürətlə ucuzlaşır. Bazarda açıq-aşkar panika hökm sürür. Rublun perspektivinin necə olacağı ilə bağlı ciddi müzakirələr gedir. Ekspertlər bədbin proqnozlar verirlər.
Onlardan ən sensasion çıxışı məşhur “Dojd” telekanalına müsahibəsində “Finam Menecment” şirkətinin direktoru Nikolay Solabuto edib. O, bildirib ki, valyuta ehtiyatlarının məhdudluğu və yaxın zamanlarda ölkənin qaytarmalı olduğu xarici borcların böyük məbləği rublu faktiki olaraq taleyin ümidinə buraxmağa məcbur elədi.
Onun sözlərinə görə, rublun sürətlə ucuzlaşması davam edəcək və 2015-ci ilin mart ayında 1 dollar 200 rubl təşkil edəcək. /azadlıq.info


Şərhlər