Menu

Salahın "Liverpul"dakı yeni məvacibi bəlli olub

06.07.2022, 21:35
Salahın "Liverpul"dakı yeni məvacibi bəlli olub

Misir millisinin futbolçusu Məhəmməd Salahın İngiltərə "Liverpul"undakı yeni məvacibi bəlli olub.

"Report" "The Athletic"ə istinadla xəbər verir ki, 30 yaşlı hücumçu yeni müqaviləyə əsasən, həftəlik 350 000 funt sterlinqdən çox maaş alacaq.

Bu məbləğin bonuslarla birlikdə 400 000 funt sterlinqə çatacağı bildirilib.

Qeyd edək ki, Məhəmmər Salah "Liverpul"la 3 illik yeni sözləşməyə imza atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol