Böyük Britaniyanın baş prokuroru Suella Braverman Boris Conson istefa verəcəyi təqdirdə baş nazir postuna namizədliyini irəli sürəcəyini bildirib.
“Baş nazir postu uğrunda mübarizə olarsa, mən öz namizədliyimi irəli sürəcəm”, - deyə Braverman İTV kanalının efirində qeyd edib.
“Mən bu ölkəyə borcluyam və baş nazir olmaq ən böyük şərəf olardı”, - deyə o əlavə edib.
Onun fikrincə, Consonun vəzifədə qalması “qəbuledilməzdir”.
“Baş nazirin istefa vermək vaxtıdır”, - deyə Braverman vurğulayıb.
Eyni zamanda, o, baş prokuror postundan getməyi planlaşdırmadığını, xidmətin onun ölkə qarşısındakı “borcu” olduğunu bildirib.
Ancaq baş nazir ondan vəzifədən getməsini xahiş etsə, bunu edəcəyini də dilə gətirib.
“The Guardian”ın hesablamalarına görə, son iki gündə səhiyyə naziri Sacid Cavid, maliyyə naziri Rişi Sunak, uşaq və ailə işləri üzrə nazir Uill Kuins və nəqliyyat nazirliyinin xüsusi parlament katibi Laura Trott da daxil olmaqla 44 nazir və yüksək rütbəli hökumət rəsmisi istefa verib. (Mənbə: İnterfaks)


Şərhlər
İngiltərədə demokratiya var,amma qaralardan olanın Britaniyaya baş nazir qoyulacağı qədər deyil.Britaniya mühafizəkarlar yurdudur,ABŞ deyil yəni Obamanı lider qoysunlar.
Aaaa!Baş nazirdən camaat narazıdı deyə gör neçə nazir istefa verib a kişilər?Belə şey olar?Xalq kimdi ki,narazıdı deyə səni vəzifəyə qoyan adama qarşı çıxırsan?Bunların başı xarab olub deyəsən.İngilisləri ağıllı bilirdim.Deməliydilər ki,bizi bu vəzifələrə Conson təyin edibsə demək lazım bilib ki təyin edib,nə vaxt da lazım bilinməsək Conson özü çıxardar bizi.Xalq təyin etməyib ki bizi vəzifələrə.Xalq hirslənirsə soyuq su içsin.Xalq hərləyən var?Otur villanda,tıxışdır quyruq kababından əşi.Ən axmaq adam vəzifəsindən könüllü gedər,dəyənəknən,lopatkaynan qovmaq istəsələr də çıxmamalısan kabinetdən,xalq kabinetinə qaz buraxsa da protivoqazla kreslonda oturmaqda davam etməlisən,əlin də telefon trubkasında,çünki bir dəfə vəzifəyə yüksələn bir daha enməz.