PREZİDENT AGENTLİYƏ YENİ RƏİS TƏYİN ETDİ - General-mayor rütbəsi verdi + DOSYE (Yenilənib)

İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, İlqar Abbasov bu vəzifədən öncə Bakı şəhər prokuroru olub. O, bu ilin aprelində Baş prokuror Kamran Əliyevin əmri ilə səlahiyyət müddətinin başa çatması ilə bağlı işdən azad edilib. Lakin yeni vəzifəyə təyinat almayıb. İ.Abbasov 2017-ci ildə sabiq Baş prokuror Zakir Qaralovun əmri ilə Bakıya prokuror təyin edilmişdi.

Qeyd edək ki, Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasovun 49 yaşı var. O, daha əvvəl Naxçıvan MR-də, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. Daha sonra isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olub. III dərəcəli dövlət ədliyyə müşaviridir.

İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb.

635x100

Şərhlər

bax budur əsas məsələ ki, 2022-07-16 00:35:54

"Danabaş" kəndinin əhvalatları davam edir.

Son yazılar