GÖMRÜK KOMİTƏSİNƏ SƏDRLİK ONA HƏVALƏ OLUNDU - Prezident sərəncam imzalayıb + DOSYE (Yenilənib)

Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

"AzPolitika.info" xəbər verir ki, Ş.Bağırov 1965-ci ildə Cəlilabad rayonunda anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2014-cü ildən DGK sədrinin müavini təyin olunub. Gömrük Komitəsinin beynəlxalq əlaqələri, Gömrük Akademiyası və bir sıra başqa sahələr onun kurasiyasında olub. 

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

2014-cü ilin fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsindən azad edilib. 

Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra qısa müddətdə - 4 ay Fövqəladə Hallar nazirliyində çalışıb.

Ondan sonra Vergilər Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) Tədris Mərkəzi rəisinin səlahiyyətlərini icra edib. 

Daha sonra isə Əmlak Məsələləri Dövlət Xidmətində Aparat rəhbəri vəzifəsinə təyin edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

teklif 2022-07-25 19:42:30

GÖMRÜK KOMİTƏSİNƏ SƏDRLİK funksiyasini AQILLI ROBOT icra etsin ki, bu sistem , BIRDEFELIK UNUTSUN RUSHVETI.

Seymur 2022-07-19 09:43:25

Gömrük kimi ən həssas yerə başqa məzun tapılmadı? Hökmən Rusiyada bitirən biri olmalı idi? ....

TT 2022-07-19 08:45:12

Rusiyada oxumasi ,tehsil almasi , ,,,,,

t.ədalət 2022-07-18 19:59:29

Təhsilini Rusiyanın ali məktəblərində alması bir az mədə bulandırır.

Son yazılar