GÖMRÜK GENERALLARININ QEYRİ-MÜƏYYƏN AQİBƏTİ... - Onları Eldar Mahmudovun, yoxsa Fazil Məmmədovun generallarının taleyi gözləyir?

Azərbaycandakı son illərin təcrübəsi göstərir ki, hansısa bir fəxri adı, ordeni, medalı, rütbəni və s. ən çox hörmətdən salan onların kütləvi şəkildə paylanmasıdır. Bu sırada general rütbəsi də var. Təəssüf ki, bu rütbə məlum səbəblərdən öz mənəvi gücü, missiyası və nüfuzu baxımından sözün əsl mənasında deqradasiyaya uğrayıb.

Təkcə həbs olunan və istintaqa cəlb olunan MTN generallarını xatırlatmaq kifayətdir. Adi quldur, soyğunçu, rüşvətxor, korrupsioner, möhtəkir və s. olan və ilkin statusu, daşıdığı dəyərlər baxımından general adı, rütbəsi ilə heç bir əlaqəsi olmayan bu tiplərin davranışları, əməlləri, cinayətləri Azərbaycanda general rütbəsinin çəkisinin haralara qədər yuvarlandığı barədə açıq təsəvvür yaratdı...

Uzun müddətdir ki, istər irili-xırdalı sahibkarların, istərsə də sıravi vətəndaşların ən çox gileyləndiyi qurumlardan biri olan Dövlət Gömrük Komitəsinin rəhbərliyində gözlənilmədən həbslər və dəyişikliklər oldu. 

Əlbəttə, çox istərdik ki, bu dəyişikliklər obyektiv reallığa və əhalinin, sahibkarların, mütəxəssislərin haqlı irad və şikayətlərinə əsaslansın, gömrükdə nəhayət ki, soyğunçuluq, yerlibazlıq, inhisarçılıq yox, obyektiv sosial-iqtisadi qanunlara uyğun reallıq yaradılsın. 

Ancaq Azərbaycanda “yeni gələnin əvvəlkinin atasına rəhmət oxutması” təcrübəsi geniş yayıldığından və bir çox sistem problemlərinin qaldığından bu mövzuda optimist olmaq çətindir. Bununla yanaşı, gömrük idarəsi ətrafında baş verənləri iqtidar daxilindəki qruplar arasında çəkişmələrlə bağlayanlar da az deyil...

Ancaq mövzu daha çox dərin kökləri olan gömrük-vergi sistemi yox, gömrük generalları mövzusu olduğundan, bir statistikaya nəzər salaq. Bunlar DGK rəhbərliyindəki generalların və polkovniklərin kiçik bir qisminin siyahısıdır:

1.Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub

2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.

3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.

4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

5. Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor - 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

6. Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi general-mayor Kənən Məmmədov Ələsgər oğlu . Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.

7. Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

8. Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.

9. Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik - 1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.

Siyahını uzatmaq da olar və bunu təqdim etməkdə məqsədimiz heç də sözügedən vəzifəli şəxslərin region mənsubiyyətini qabartmaq deyil. Obyektivlik naminə qeyd edək ki, gömrükdə yerlibazlığın əsası Səfər Mehdiyevdən xeyli əvvəl qoyullub. Zatən bu mövzuda mətbuatda çoxsaylı materiallar, faktlar dərc edilib və nə iş idisə bu faktlara əhəmiyyət verən, hansısa dəyişiklik aparan olmayıb... 

Burada məsələ sözügedən gömrük general və polkovniklərinin indidən sonrakı taleyidir. DGK-dakı generalların artıq azı ikisi həbs olunub. Digərlərinin də “aydan arı, sudan duru” olmadıqları yüngülbari yoxlama ilə üzə çıxarıla bilər. Hamıya bəllidir ki, bu adamlar layiq olub-olmadıqlarından asılı olmayaraq, məlum səbəblərdən, hansısa dalğa üzərində bu vəzifələrə və rütbələrə yiyələniblər. İndi onları bu yerlərə gətirən dalğanı başqa bir dalğa əvəz edəcəkmi və oturduqları kabinetlərdən alıb atacaqmı?

Vaxtilə Fazil Məmmədovun da böyür-başı vergi generalları, polkovnikləri və s. ilə dolu idi. 10-dan yuxarı müşaviri vardı. İndi onlardan neçəsi vəzifədə qalıb, neçəsinin yığdığı özünə qismət olub, neçəsi müflis olub? Demək çətindir. Ancaq hər halda, heç də hamısının işi və vəziyyəti rəvan deyil...

Eldar Mahmudovun generallarının başına gələnlər isə bir qədər fərqlidir və onların bir çoxlarının məhkəmələr, istintaqlar və həbsxanalardan keçən “macəraları” hələ davam edir.

Maraqlıdır, bəs Səfər Mehdiyevin generalları üçün hansı yol, qismət nəzərdə tutulub?

Bütün bunlar göstərir ki, şəxsi keyfiyyət və bacarıqlar yox, hansısa yerlibazlıq, dostbazlıq və s. üzərində vəzifə, ad, rütbə almağın sonu heç də hər zaman yaxşı qurtarmır...

Bir də yəqin ki, ümumiyyətlə genaral rütbəsinin verilməsi kriteriyalarına, fəlsəfəsinə yenidən baxmağa ehtiyac var. Əlbəttə, bu, təkcə Azərbaycana aid məsələ deyil, ancaq məntiqlə gömrük, yaxud vergi generalı olursa, nədən maliyyə, yaxud kənd təsərrüfatı, hətta baytarlıq generalı olmasın? Birbaşa güc strukturlarına aid olmayan nazirlik və idarələrdə general rütbələrinin paylanması çoxmu vacibdir? Bu anormallığı aradan qaldırmaq üçün qanunvericilikdə uyğun dəyişikliklər etmək olmazmı?

Torpaq uğrunda canını qoyan, şəhid olan zabitə də polkovnik, general deyək, möhtəkirliklə, inhisarçılıqla, siqaret, araq alverilə məşğul olan, kabinetində oturub rüşvət yığan gömrük, yaxud ədliyyə məmuruna da? Axı, general rütbəsini düşünənlər, ilk olaraq tətbiq edənlər onu ordu, döyüşçü, zabit üçün nəzərdə tutublar, vergi, yaxud gömrük rüsumu yığan məmur üçün yox!

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Azərə yazanlara 2022-07-23 16:47:55

Azər bəyə yazanlaramillətin içinə ayrı seçkilik salan Ermənistanlılarla Naxçıvanlılardırlar. Bu 30 ildə bütün vəzifəni pulu keçiriblər ələ digər regiyondan olanlara imkan vermirlər və artıq bəyənmirlər. 30 il qabaq isə onlar kimlər idi hamıya bəlli, Ermənistanlılar ermənistanmda kim idilər. Eləcə də Naxçıvanlılar.İndi isə?

Azər bəyə yazanlara 2022-07-22 11:53:18

Onlar millətimizin qanı içən talayan xalqın pulunu oğurlayan generallardır. Və millətin içinə ayrı seçkilik salıb yerlibazlıq edən xalqımızın daha böyük hissəsinə pullanıb yuxarıdan aşağı baxan bisavad generallardırlar

Vətəndaş 2022-07-22 11:34:21

BÖYÜK GENERALIMIZ,QƏHRƏMANIMIZ POLAD HƏŞİMOV DA GENERAL, BU ÖLKƏNİ BU MİLLƏTİ ÇAPIB TALAYAN BUNLAR VƏ DİGƏR MİLYARDER GENERALLAR? MÜQAYİSƏ EDİN AY XALQIM MİLLƏTİM.

rasim quliyev 2022-07-20 00:17:15

Demek Sefer Mehdiyev oz yerlisine bele bir ish verib oldugu iclaslarda sekillerde seklini ceksin qoysun sosial sebekelere emek haqqi ne az ne cox 3500 manat muellim,hekim,herbici o qeder almir.Amma Nehrem kendinden olan vetendash alir ....

Eli 2022-07-19 21:33:43

Ulu Mirze Celil .Allah Sene qeni qeni rehmet eylesin,yerin Cennet olsun.Senin adını bele düzgün yaza bilmeyenler Senin qehremanlarını “salamlayır”.Bunlar da Senin “qehremanlarındır”?

Azer beye 2022-07-19 19:18:12

Azer bey 90- cı ililerde Azerbaycana rehberlik etmiş rehberlerin-Kamran Bağırovun,Vezirovun,Mütellibov ve digerlerinin seriştesizliyi ve qetiyyetsşzliyi neyicesinde Azerbaycanın düz göbeyinde yetleşen doğma Qarabağ faşistler terefinden işpal olundu,baxmayaraq başda qarabağlıkar olmaqla bütün ölke vetendaşkarı minlerle Şehid verdi.Lakin üç terefden terefden Ermenistanla serhedde yerleşen ve bu gün de blokadada olan Naxçıvan bu faşistlerin qabağında dyruş getire bildi.Bu xalqın ve o vaxt Naxçıvana rehbetlik edenlerin qetiyyeti sayesinde mümkğn oldu.Ona göre netice çıxarmağa telesmeyin üç dörd general Naxçıvanın siması ola bilmez her şeyin zamana ehtitacı var ve tebii ki meşe de çaqqalsız olmaz.

Mirzə Cəlil Məmmədquluzadə 2022-07-19 18:20:58

xudayar bəyin nəticələrini, kötükcələrini "salamlayırıq"...

Azer beye 2022-07-19 18:17:59

Azer bey Azerbaycanı en kiçik rayınlarından Ordubad keçen esrde Vetenimize 18 akademik,400- den artuq elmler doktoru,yüzlerle elmler namizedi vermişdir.Men hele peşesinin senetkarları olan yüzlerle hekimleri,müellimleri ,mühendisleri ve s. demirem.2- ci Qarabağ müharibesinde de naxçıvanlılar o cümleden nehremliker bütün ölke vetendaşları kimi öz sözleri dediler ve en çox şehid veren de mehz onlar oldu.Allah cemi Şehidlerimşze rehmet eylesin.

Azer beye 2022-07-19 18:00:56

Azer bey Naxçıvanı ve naxçıvanlıları heç vaxt beş üç nefere layiq olan ya olmayan general ya başqa vezife sahibi temsil ede bilmez,o cümkeden Nehremlileri.Naxçıvan ve naxçıvanlılar vetenimizin en ağır meqamlarında öz sözlerini deyibler.Qeyd etdiyiniz meseleye besit tanaşmayın ve ölkeni reqionlara bölmeyin.Naxçıvan Vetenimize Heyder Eliyev.Ebülfez Elçibey.Nesreddin Tusi,Mirze Celil,Hüseyn Cavid,Yusif Memmedeliyev ve diger dahi Şexsiyyetler Vermişdir.

Roma 2022-07-19 15:26:37

Sizinlə tam razıyam, Nehrəm kəndi general istehsalı ilə məşğuldur...çox doğru qeyd etmisiniz Cəlal bəy..."""Torpaq uğrunda canını qoyan, şəhid olan zabitə də polkovnik, general deyək, möhtəkirliklə, inhisarçılıqla, siqaret, araq alverilə məşğul olan, kabinetində oturub rüşvət yığan gömrük, yaxud ədliyyə məmuruna da? Axı, general rütbəsini düşünənlər, ilk olaraq tətbiq edənlər onu ordu, döyüşçü, zabit üçün nəzərdə tutublar, vergi, yaxud gömrük rüsumu yığan məmur üçün yox!"""

Azər 2022-07-19 14:30:58

Bir Nehrəmli kənddə digər nehrəmliyə deyir: Qardaaaş, sabah sən nobatdasanmı? ("nobat" - mal-qoyun sürüsünü otarmaq). Yox, qardaaaş, mən 3 gün bundan qabaq nobatdaydım..Lap yaxşı, sabah gedirsən Naxçıvana, bir kostyum, bir köynək, bir qalstuk alırsan, oturursan samolyota uçursan Bakıya, bu həftə sənin Gömrüyə əmrin veriləcək.

Veteran 2022-07-19 11:45:48

Generallara bax....... malabaxanlardırlar.

B.Qarabağlı 2022-07-19 11:34:37

Mən illər öncə şərhlərdə yazmışdım-Gömrük rüsumu və Vergini yığmaq üçün generalitet deyil, sadə maliyyə müfəttişi gərək? Ödənməmə səbəbi isə digər təhlil mövzusudur! "XOX" la pul artmır, yox olur!?

TurkAy 2022-07-19 10:59:11

təklif edirəm ki,Gömrük komitəsi Nehrəm kəndinə köçrülsün,bütün rüşvət və ogurlanmış vəsait kənd bələdiyyə fonduna yıgılsın,ilin sonunda bu məbləg kənd camaatı arasında bərabər bölünsün

Son yazılar