MƏRKƏZİ BANKA YENİ BAŞ DİREKTOR TƏYİN OLUNDU - Foto + DOSYE (Yenilənib)

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Məlumata görə, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Bununla da, qurumun baş direktorlarınımn sayı 7-yə çatıb.

G.Paşayeva 1989-cu ildə Bakı şəhərində anadan olub.

2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə, 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib.

Gülər Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlayıb. 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.

Bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub. Bu ilin iyul ayından isə Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin olunub.

Ailəlidir.

635x100

Şərhlər

Eli-yə 2022-07-23 11:59:08

Avazın yaxşı gəlir,amma oxuduğun....... olsa. Bundan betərinə hazır ol!Yeni təyinatın mənasını anlamağa çalış.

Elmira 2022-07-23 08:51:19

Ümidvarıq ki, "rusbaş" deyil, bəzi nazirlər kimi. Uğurlu olsun.

Talehe 2022-07-23 06:24:11

karyeranin arxasinda o geder muemmali megamlar yatir ki.

Eli 2022-07-22 21:47:05

Çox güman ki , bından sonra kommersiya bankları bundan sonra mehz bınlara ,yeni daha temiz olduqlarına göre ,yeni anormal faizlerle milletin qanını sormatacaqlar ,Elman Rüstemov kimi ve xalqımız daha böyük iqtisadi uğurlara şmza atacaq.Elman müellim de Ziya oaşa Memmedov kimi gedib Cebrailde kend tesertüfatını inkilaf etdirecek,tebii ki, “oeşe xesteliyi “ imkan verse.

Taleh 2022-07-22 16:08:30

Bunun mindiyi karyera lifti lap ən müasir və skorostnoy lift imiş. Bu liftə 10 milyondan 1-2 adam minə bilər.... Molodets

Son yazılar