Menu

İRANLA SƏRHƏDDƏ DSX-nin 7 SABİQ HƏRBÇİSİ SAXLANILDI - Əməliyyatın detalları

22.07.2022, 15:02
İRANLA SƏRHƏDDƏ DSX-nin 7 SABİQ HƏRBÇİSİ SAXLANILDI - Əməliyyatın detalları

Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılmışlar.

Belə ki, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş 4 bağlama aşkar olunmuşdur.

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılmış, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülmüş, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olun­muşdur. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılmışdır.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılmış, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­miş­dir. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılmışdır.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”)və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb)bənzər maddələrin olması müəyyənləşdirilmişdir.

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

t.ədalət 2022-07-22 20:51:54

Rusiyanın sərhədlərimizə dürtdüyü kadrların hamısı narkotika tacirliyi edirdi.Xüsusilə,cənub regionuna yerləşdirilmiş hərbiçilər yaxşı araşdırılsa onların cinayətləri ortaya çıxar.

Zaur 2022-07-22 15:18:13

Maraqlıdır.Deməli onlat həqiqi xodmə zamanı etdilklərini edirlərmiş.Saəxə qulluq müddətləri qirtardığndan
bu haə baş verib. Deməli narkoyik ölkətə DSX-nın əli ilə gətorilirmiş.j

Eli 2022-07-22 13:17:00

Ölkede narkomaniyanın bele geniş vüset almasında mehz bu işi aradan qaldırmalı olsn selahiyyetliler suyu bulandırıb balyq tuturlar.Eger bu selahiyyetliler milli qeyret gösterşb temiz işleseler öljede narkomaniyanın kökünğ çox rahat kesmek olar .

asif 2022-07-22 13:01:26

gör indi xidmet dovru ne qeder qanunsuz buraxilislar edibler.bugunde ne qüderi var Allah bilir.coxu varki serhedden kecirtdirir sonra esgeri aparir dirmiqlatdirirki ayaq izleri itsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol