TDT Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib

Türk Dövlətləri Təşkilatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

“Report” xəbər verir ki, bunu qurumun tviter səhifəsində qeyd olunub:

“Azərbaycanın London səfirliyinə radikal dini qrup tərəfindən edilən vəhşi və qəbuledilməz hücumu pisləyirik. Bu insanlıqdan kənar hərəkətin əhatəli şəkildə araşdırılmasına çağırırıq”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar