Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb
Baxiş sayı:
Dərc olunub:
07/08/2022 - 16:39
Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 580-dən çox raket atıblar. Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si Qəzza zolağına düşüb.
Bəzi raketlər İsrail yaşayış məntəqələri ərazisində partlayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 97 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər. Hazırda raket hücumları davam edir.
Son yazılar
11:54
“Crocus City Hall”da baş verən terroru kim maliyyələşdirib? – İstintaq Komitəsi açıqlama yaydı
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.