"Hazırda Şabran rayonunun Dağbilici, Zöhrablı kəndlərindəyəm, bir az sonra yanğın olan digər kəndlərimizə də baş çəkəcəyəm. Dağlıq hissədə hələ də yanğın davam edir və yanğınsöndürənlər alovu söndürməyə çalışırlar".
Bunu "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Sadiq Qurbanov bildirib. Millət vəkili qeyd edib ki, yanğın zamanı bəzi ev təsərrüfatlarına ziyan dəyib, mal-qara tələf olub.
Xatırladaq ki, bir neçə gündür Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələrindən başlayan alov daha sonra meşə sahəsinə və kəndə yaxın ərazilərə yayılmağa başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətraf rayonlardan da texnika cəlb olunub.
"AzPolitika.info"








Şərhlər