Menu

Bakıda anbar yanır

18.08.2022, 14:58
Bakıda anbar yanır

Bakıda anbar yanır. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol