İQTİSADİYYAT NAZİRLİYİNDƏ YENİ TƏYİNAT - FOTO

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib.

Bu vəzifə Cavid Abdullayevə həvalə olunub/

O, bundan əvvəl Dövlət Turizm Agentliyinin (DTA) Beynəlxalq əlaqələr şöbəsinin xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri işləyib.

4SİM Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Mərkəz Azərbaycanla IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

635x100

Şərhlər

Vaqif 2022-09-01 10:22:50

Görəsən M.Cabbarov hansı idarədə işləyir.Ümumiyyətlə o işləyirmi?

Azərbaycanlı 2022-08-28 16:38:04

Bütün sahələrdı (hətta neft emalı ) xaricdəan asılı salınan ,iğtisadiyyatı bilərəkdən məhv edilən dölkədə bu nazirlikyin fəiyyəti nədən ibarət olduğunu bilən varmı? yoxsa qohum.qardaş,tanış-bilişə yemək yeri yaradılıb? BUnu izah edən varmı?

Bəşirov Saleh 2022-08-28 16:33:26

bu nazirlik nəyə gərəkdir?

İqtisadçı 2022-08-24 11:04:27

Ölkədə iqtisadiyyaatın çökdürüldüyü halda dost,tanış,qohum,yerlilərdən təşkli edilmiş bu boyda faydasız kollektiv nəyə xdmət etdiyi kimə bəllidir? Ölkədə dövlət müəssisəsi yox,dövlətin iri fabrik-zavodu yox,hələ neft ayırma zavodlarını Rumıniyada,Türkiyədə tikib,ölkəni işsizlər yurduna və asılı vəziyyətə salan nazirliyin işi nədir ki, bu boyda ştatı var?Niyə bunu düşünən,cidd qərarlar qəbul edən tapılmır?Ölkə adi corab,alt paltarı,ayaqqabı,parça və s. istehsal edən iri dövlət müəssisəsinə malik deyil.İnsanlar işsizlik və ehtiyac üzündən dünyaya səələnir..Budurmu idarəçilik!!!

Malik 2022-08-21 17:28:57

Üz gözündən biclik yağır. Haralıdır bu kimin qohumu nəvəsidir

İ.İmamov 2022-08-19 09:54:17

Təbrik edirəm və uğurlar arzulayıram !

Ramil 2022-08-18 22:18:44

Şişirdilmiş.,fəaliyyətsiz nazirlik kimə xidçər edir7

Hebib 2022-08-18 19:55:39

Qardash xeyirli olsun. Sende basa dusdun ki fuad ve azade ile turizm ancaq geri gede biler. Senin kimi orani terk eden coxdur.

Son yazılar