"Rusiyanın Qara dəniz donanmasının təyyarələrinin əksəriyyəti sıradan çıxıb" - Krımdakı partlayışlarla bağlı yeni məlumat

Krımda aviabazada baş vermiş partlayışlar nəticəsində Rusiyanın Qara dəniz donanmasının hərbi-dəniz aviasiyasının döyüş təyyarələrinin yarıdan çoxu sıradan çıxıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən avropalı məmur məlumat verib.

Onun sözlərinə görə, tərəflərdən heç birinin müharibənin gedişinə əhəmiyyətli təsir göstərmək imkanı yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Krımda Rusiyaya məxsus aviabazada partlayış olmuşdu. Ukrayna Prezident Ofisindən bildirilmişdi ki, bu, qarşı tərəfə xəbərdarlıqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar