Menu

Odessa restoranında dünyanın Rusiyasız xəritəsini asıblar

02.09.2022, 16:21
Odessa restoranında dünyanın Rusiyasız xəritəsini asıblar

Odessanın «Benedikt» restoranında dünyanın taxtadan hazırlanmış xəritəsini asıblar, xəritədə hər bir ölkə ayrıca hissə kimi göstərilib. Bütöv xəritədən yalnız terrorçu dövləti - Rusiya Federasiyasını çıxarıblar.

Müəssisə işçilərinin bu qərarı təkcə müştərilərin ürəyincə olmayıb, həm də fotonu görən şəbəkə istifadəçilərinin xoşuna gəlib.

Odessa şəhər sovetinin deputatının Feysbuk səhifəsində uyğun xəbər yerləşdirilib.

Şəkildə görünür ki, restoranın qonaqları Rusiyasız xəritəyə baxıb da xörəklərdən ləzzət ala bilirlər - xəritəni masanın qarşısındakı kərpic divardan asıblar.

Müxtəlif rəngli taxta parçaları bir-biri ilə sərhəd təşkil edən və ya uzaq məsafədə yerləşən bu və ya digər dövlətləri özündə əks elətdirir. Hamı üçün adi olan şəkildə yalnız Rusiya Federasiyası çatmır, ancaq bu, ukraynalılara daha xoş gəlib.

(«Obozrevatel.com»)

AzPolitika.info

Şərhlər

BKM 2022-09-02 17:22:21

Bu əladır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol