Menu

Ukraynada daha bir azərbaycanlı həlak olub

02.09.2022, 20:50
Ukraynada daha bir azərbaycanlı həlak olub

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub. Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.

O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.

R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.

Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.

Şərhlər

Said 2022-09-02 21:06:29

Qohumlarına səbr diləyirəm. Daha bir igidimiz məğrur Ukrayna dövləti uğrunda şəhidliyə yüksəldi. Slava Ukraine....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol