Menu

"Bəzən özünə sual verirsən..." - Zaxarova

07.09.2022, 10:38
"Bəzən özünə sual verirsən..." - Zaxarova

Liz Trassın Böyük Britaniyanın Baş naziri təyin edilməsi Britaniya demokratiyasının böhranının əksidir.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu TASS-a müsahibəsində Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Əgər mağaza sahibləri vitrini bu şəkildə bəzəyirsə, onda onlar hesab edirlər ki, bu, bu gün üçün çeşidlər arasında ən yaxşısıdır. Ola bilsin ki, problem Britaniya demokratiyasının böhranındadır, çünki bu "nəticənin" britaniyalıların seçimi ilə heç bir əlaqəsi yoxdur, çünki dolayı seçkilər sistemi anqlo-sakson duetində üstünlük təşkil edir. 

Bəzən özünə sual verirsən: çoxlu əhalisi və uzun demokratik ənənələri olan ölkələrdə hakimiyyətin müxtəlif qollarını adekvat, peşəkar və ağıllı şəkildə təmsil edəcək insanlar həqiqətən yoxdurmu? Bəlkə də bu, sadəcə olaraq, birbaşa seçkilərin olmaması və onların demokratiyanı təsvir etməsində olan böhran problemidir”, - rusiyalı diplomat vurğulayıb.

Şərhlər

Bashirov Qarib 2022-09-07 12:03:05

M.Zaxarova demək istəyir ki,axı,bizim nə gunahımız var ki,ingilislər bizim kimi seçki keçirə bilmir, onların Putin kimi,parlaq siyasi liderləri yoxdur.

Elmira 2022-09-07 10:48:21

Ay yaziq Mariya!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol