Siyasi partiyanın dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir.
APA xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olmalıdır.
Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunda müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
Bu Qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.
Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Şərhlər
Cırtdan partiyaların xətrinə dəymədilər ,hamısını qeydə aldılar , qanun qəbul edildikdən sonra hamısı qalacaq çöldə ( 10000 min üzv ) , yəqin ki , iki partiya qalacaq - YAP və AXCP ,qalanları birləşsə belə bu saya çata bilməzlər ,Müsavat -AXCP birləşməli olacaq . Milli Şura - partiyaya çevriləcək ,bizim də canımız adlarnı bilmədiklərmizdən yaxamız qurtaracaq
Azerbaycanda texminen 55 siyasi partiyalar var, amma bu partiyalarin ne qeder uzvlerinin olmasini hech kim bilmir.
Duzgun olardi ki , bu yeni qaydaya uyqun olmaq uchun, movcud 55 partiyalarin kohne qeydiyyati leqv olunsun ve tezeden bu 55 partiyalar qeydiyyatdan mecburi kechsinler.