Menu

4 ERMƏNİ HƏRBÇİSİNİN CƏZASI AZALDILDI... - Onlar azadlığa buraxılıblar

08.09.2022, 17:59
4 ERMƏNİ HƏRBÇİSİNİN CƏZASI AZALDILDI... - Onlar azadlığa buraxılıblar

Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

“Report”un xəbərinə görə, şikayətlərə hakim Nazim Mövsümov və İlkin Rəcəbovun sədrliyi ilə baxılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib.

Belə ki, həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Beləliklə, onların həbs cəzası bitmiş sayılıb. Onlar dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Vətəndaş 2022-09-10 16:23:18

Bu nə hoqqabazlıq,nə qanundr? Düşmən həbs edilir,mühakimə olunur,sonra cəza götürülür.Nə odu? ....AXı bu düşmənsur,silahla üstünə gəlib.Ona qarşı humanistliyin yeri var?Sabah yenə üstünə silahla gələcək axı! ...

Cəmil 2022-09-08 23:24:25

Erməni olduqları üçün?Afərin ermən qarışıqlarına !qohumlarına hörmət etdilər.

t.ədalət 2022-09-08 23:22:10

Biz erməni terrorçularına güzəşt tətbiq etməklə ermənilərin növbəti terror törətməsinə təkan veririk.erməni görür ki,törətdiyi cinayətə görə Azərbaycan tərəf cəza vermir,bir az da aqressivləşir.

t.ədalət 2022-09-08 23:09:14

Bu nədir,terroristləri bağışlayan Azərbaycan öz vətəndaşlarına belə bir güzəşti etmir.Yəni,belə çıxır ki,ermənilər bizi öldürməkdə haqlıdır.ermənilər ,görünür,.... əli ilə Azərbaycanda istədiklərini həll edə bilirlər.

Vahid 2022-09-08 20:25:19

Qerbin xahişleri bir-bir yerine yetirilir.Ermenistandakı 4000 esirden niye xeber yoxdur ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol