Menu

AZƏRBAYCAN TƏRƏFDƏ 100-ə QƏDƏR ERMƏNİNİN CƏSƏDİ VAR - Dövlət Komissiyası

14.09.2022, 15:58
AZƏRBAYCAN TƏRƏFDƏ 100-ə QƏDƏR ERMƏNİNİN CƏSƏDİ VAR - Dövlət Komissiyası

Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində öldürülmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bu barədə "Report"a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Şərhlər

B.Qarabağlı 2022-09-14 16:06:26

Bunların mütləq qaydada KTMT nümayəndələrinin video qeydlərinə götürməsi, eləcə də Ermənistan, Rusiya məhkəmələrinə iddialar və Beynəlxalq Tribunalda ardıcıl cinayətlər kimi mühakiməsinə nail olmaq GƏRƏK!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol