SABİQ NAZİRİN OĞLU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Hüquq-mühafizə orqanları tərəfindən dindirilib

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsindən (DGK) kənarlaşdırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov müvafiq əmrlə vəzifəsindən azad edilib.

Əldə etdiyimiz digər məlumata görə, Eldar Abbasov son bir neçə ayda gömrükdə keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslərin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edilsə də, sorğuya cavab verilməyib.

Qeyd edək ki, ötən ay Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilov Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Generalın qardaşı oğlu, gömrük inspektoru Emin Xəlilov 30 mart 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Baş Gömrük İdarəsində keçirilən əməliyyat zamanı saxlanılaraq həbs edilib.

635x100

Şərhlər

Zahid 2022-09-18 15:50:41

Vallah nə qədər Cv İ gönderdim.Socara hər dəfə cağiracayiq. Amma qürbət ölkədə tam başqa cürdür

millət 2022-09-18 15:36:18

Kasıbın balasına uşaq pulu verməyənlər heç olmasa şəhidləri görəndən sonra utanıb yerə girsinlər. Daxmalarda uşaq puluna tamarzı böyüyən bu tifillər sizin kimi atalarəının oğurladıqları pulların hesabına nazirliklədə kabinütlərdə keyf etmədilər.

Rasim Quliyev 2022-09-18 14:43:37

Esgerler general olmagi unudun cunki generalin oz oglanlari var .Kimi terpedirsen ya qohumdur ya da aftufa dashiyan

MEHI 2022-09-18 11:11:38

YAXSI OGURLAYIB HAGGINI VERIRSA DEPUTAT OLACAQ....

Agca 2022-09-18 09:43:07

Oģruların balaları kefde, daxmalarda böyüyenler ise ya şəhid, ya da əlil. Vətəni qorumaq kasıbın, vətənin pulunu oģurlayıg xaricde nuş etmek bunların vəzifəsidir. Saģ yeməyəsiniz!

Asim 2022-09-18 09:36:22

Neyçün bunların biri gedib döyüşmür? Az yaşları ilə vəzifē sahibi olurlar? ...

Vəkil 2022-09-17 21:36:37

Maşallah gömrükdə ixtisası uyğun olmayan təcrübəsiz uşaqlar...idarə rəisi.müavini.(hamısımım da ataları.ya qohumları nazir,depuytat yerlərini tutub.Bu necə olub? Niyə belə təyinatların baş verməsi ilə maraqlanan olmayıb? ....

Rasim Quliyev 2022-09-17 19:09:08

Men basha dushmedim kasibin oglu vezife tutmasinda .Yalniz nazirin ,polisin,prokurorun usaglari vezifede ola iler.Atasi o qeder ogurlayib kifayet elemir.Berke 0.50 qepikden yigaq verek benzin pulu

RR 2022-09-17 17:27:58

Niye kômrûye dûzeldib oqlunu ? Siz bileni

RT 2022-09-17 17:19:21

Maraqlidi adam nece yashinda vezifeye teyin edilib ? ( yani oqlu ) menzerediyeee

Elmira 2022-09-17 14:30:28

Oğrular ....

Son yazılar