Menu

Əfqanıstanın paytaxtında güclü partlayış olub - VİDEO

21.09.2022, 18:04
Əfqanıstanın paytaxtında güclü partlayış olub - VİDEO

Bu gün günorta saatlarında Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. Partlayış Kabilin Dehmazanq rayonunda baş verib.

Hadisənin səbəbləri, itkilər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Aidiyyəti qurumlar hadisə ilə bağlı açıqlama verməyiblər.

Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın izdihamın olduğu ərazidə baş verdiyi və çoxlu sayda yaralıların olduğu görünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol