DAHA 100-ə YAXIN İŞÇİ GÖMRÜKDƏN UZAQLAŞDIRILDI - Yeni rəis "təmizləməni" davam etdirir

"Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” İstehsalat Birliyinin (İB) yeni rəhbərliyi qurumun 100-ə yaxın əməkdaşını bir gündə işdən çıxarıb. Daha doğrusu, oktyabrın 1-dən onlarla bağlanmış müqaviləyə son veriləcəyi bildirilib.

"AzPolitika.info"ya daxil olan məlumata görə, müqaviləsinə son verilənlərin əksəriyyəti sıravi işlərdə (sürücü, fəhlə, bağban, texniki xidmətçi və s.) çalışanlardır. Belə ki, “Azərterminalkompleks” İB-yə ştat verilmədiyindən bu işçilər müqavilə əsasında fəaliyyət göstərib.

Xeyli sayda ailənin yeganə gəlir yerinin kəsilməsinə səbəb olan bu addım təbii ki, böyük narazılıq doğurub. Bir çox işçinin müqaviləsinin başa çatmasına xeyli vaxt qalsa da, nəzərə alınmayıb. Qərarın Gömrük Komitəsinin rəhbərliyinin tapşırığı olduğu bildirilərək, onların da müqaviləsinə son verilib.

Mənbə bildirib ki, “Azərterminalkompleks” İB-nin yeni rəhbəri Kənan Aşurlu DGK sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırova yaxın kadrıdır. O vəzifəyə təyin olunandan sonra qurumda geniş "təzmizləmə" əməliyyatına start verib. Keçmiş rəhbərliyin dövründə çalışnlar kütləvi şəkildə Gömrük Komitəsindən uzaqlaşdırılır.

Xatırladaq ki, Şahin Bağırovun əmri ilə daha əvvəl “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilmişdilər.

"AzPolitika.info"

635x100

Şərhlər

nazim 2022-09-28 17:27:33

bu hər ay işçilərin maaşından bir milyard manat üzvlük haqqı alan həmkarlar komitəsi hara baxır

hoca 2022-09-28 04:30:48

Bu islahat yoxsa öz fealiyyetdi

Rasim Quliyev 2022-09-27 21:13:15

Siz ne danishirsiz Gomrukde bagbandan,fehleden pul goturubler ki,ora ise duzelsin .Elave olaraq hamsi Nehremlidir .Bu Azerbaycanda basqa memleketden ola orda ishleye bilmez.Yoxsa Gomruk made in Naxcivandir.Narazidirlar imtahan elesinler gomrukde ozde TQDK etsin gorun nece nefer kecir imtahandan.Sefer Mehdiyevin seklini cekib qoymaq sosial sebekeye agir ishdir 4500 emek haqqi alirdi neyine gore.Elm xadimi o qeder almir yerbazliq,qohumbazliq bash alib gedir Azerbaycanda orda ishleyenlerin en asagi 2-3 obyekti var Siz hec narajat olmayin

qara 2022-09-27 20:33:49

yüksək vəzifə tutanları--başa düşdük--ancaq bu yetim yüsürü işdən çıxarmaq zəif və intellekti olmayanların--şakəridir--kişilər kadr islahatı aparılar--gedin bir iki bədii ədəbiyyat oxuyun- deyərdim--məs. robespyer haqqında--ümumiyyətlə bir iki kitab oxuyun.

Eli 2022-09-27 18:48:35

Deyesen yeni komite sedri dövletçilik menafeyinden yox ,şexsi sedaqet prinsipinden çıxış edir ki bu milletin axırına çıxacaq gec ya tez.

Son yazılar