Menu

AMEA-nın mətbuat katibi vəzifəsindən azad edilib? - AÇIQLAMA + FOTO

01.10.2022, 14:42
AMEA-nın mətbuat katibi vəzifəsindən azad edilib? - AÇIQLAMA + FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

A.Balayevə Oxu.Az-a açıqlamasında birbaşa vəzifədən azad edilmədiyini, sadəcə Nazirlər Kabinetinin qərarı ilə AMEA-da struktur dəyişikliyi olduğunu və bütövlükdə mətbuat katibi postunun ləğv edildiyini diqqətə çatdırıb: “İşdən azad olunduğumu demək doğru olmaz. Çünki AMEA-da struktur dəyişikliyi olub. Artıq sadəcə İnformasiya şöbəsi fəaliyyət göstərəcək, orada isə məndən əvvəl fəaliyyət göstərən şəxs var. Hazırda başqa bir yerə təyinat almamışam”.

Azadə Balayeva bildirib ki, yaxın günlərdə AMEA-nın institutlarından birində ictimaiyyətlə əlaqələr şöbəsində çalışmağa başlayacağı gözləniləndir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib. Bu struktura uyğun olaraq 22 elmi müəssisə fəaliyyət göstərəcək və ümumi işçilərin sayı 3 510 nəfər olacaq. 

Şərhlər

alim 2022-10-01 16:55:33

AMEA-nın institutlarında ictimaiyyətlə əlaqələr şöbəsi mövcud deyil. Heç vaxt belə ştat olmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol