Menu

Vətən müharibəsi: Oktyabrın 3-də azad edilən ərazilər - SİYAHI + FOTO/VİDEO

03.10.2022, 00:27
Vətən müharibəsi: Oktyabrın 3-də azad edilən ərazilər - SİYAHI + FOTO/VİDEO

Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin ikinci ildönümüdür. 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib.


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktaybrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.

Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini – Talışı da – azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol