GÖMRÜKDƏ DAHA BİR GENERAL SƏRƏNCAMA GÖTÜRÜLDÜ - İkisinin yerinə rəis əvəzi təyin edildi

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov iki generalın yerinə müavinlərini rəis əvəzi təyin edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şahin Bağırov oktyabrın 1-də səhhəti ilə əlaqədar uzun müddətdir işə çıxmayan Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlunun sərəncama götürülməsi barədə əmr imzalayıb.

Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini, polkovnik Sabir İsmayılov Xidmətə rəis əvəzi təyin olunub.

Şahin Bağırov digər əmrlə Mübariz Mustafayevi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinə rəis əvəzi təyin edib.

Qeyd edək ki, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi, general-mayor Bəhruz Quliyev bu ilin avqust ayında DGK-nın sədr müavini təyin edilib.

635x100

Şərhlər

Culfa 2022-10-05 13:49:57

İdxal-buraxılış postlarında köhnə hamam, köhnə TAKS-dır. İstədiklərini almayınca bir araba belə buraxmırlar... Hünərin var - vermə. Axı milyonların çürüyür...

Cəlal 2022-10-05 09:14:58

Saxta,rüşvətlə verilmiş,general rütbələri ləğv edilməli və bu saxtakarlığı düşünən və belə rütbə satanlar cəzalandırılmalıdırlar.General orduda,az hallarda polisdə və kəşfiyyatda ola bilən çindir.Bunun üçün yaş,iş stajı,təcrübə və qəhrəmanlıq əsas amildir. Gömrükdə,vergidə general? Bu gülməli alınmımı? Rüşvət yığan da general olar? Bunu bir ağılla düşünən yoxdur?

Aqil 2022-10-04 21:38:17

Topıananların yerini dəyişməklə cəm dəyişməz! S.Mehdiyev getdi.nə dəyişdi? Köhnə hamam,köhnə tas!

Rasim Quliyev 2022-10-04 19:37:23

Ne qeder temizdeseler xeyri yoxdur.

Veteran 2022-10-04 17:09:33

General, xalq artisi ,xalq şairi. elm xadimi, əməkdar müəllim, xalq rəssamı nə bilim daha nələr hamısı siyasətdir ,bolşeviklərdən qalma adlardır və yaltaqla ,məddahləqla məşğuldurlar .Hamısını ləğv edib. Onlara verilən pulları qazilərə ,şəhid ailələrinə xərcləmək lazımdır.

Camaat 2022-10-04 17:03:39

Soldakı antimilli ünsür 30 il ərzində o qədər tıxıyıbki lap erməniyə oxşayıb.

t.ədalət 2022-10-04 13:50:22

Biabırçılıqdır.Azərbaycanda general rütbəsi almaq,sanki günəbaxan toxumu alıb çırtlamaqdır.

Son yazılar