Menu

Ağdam prokurorluğu 2 nəfərin mina partlayışında xəsarət almasını araşdırır

08.10.2022, 19:11
Ağdam prokurorluğu 2 nəfərin mina partlayışında xəsarət almasını araşdırır

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol