Menu

Gəncə və Mariupol - viran qalmış şəhərlərlə bağlı videoçarx hazırlanıb

08.10.2022, 23:04
Gəncə və Mariupol - viran qalmış şəhərlərlə bağlı videoçarx hazırlanıb

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən Gəncə terroru - şəhərin raket hücumuna məruz qalması, habelə 2 il sonra Ukraynanın Mariupol şəhəri ilə bağlı videoçarx hazırlanıb.

“Report” xəbər verir ki, videoçarxda Ukraynanın Mariupol şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı dağıntılar, insan tələfatı ilə müqayisə edilir, oxşar faktlar arasında paralellik aparılır.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 1 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol