Menu

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

10.10.2022, 19:35
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər

İsrafilə Naxçıvandan 2022-10-11 09:32:03

Ermənistan SSRİni buraxacaqlarını dəqiq bilib, hələ 1987ci ildən bir milyona yaxın azərbaycanlı vətəndaşlarını öz doğma ev-mülk-torpaqlarından zorla deport etdilər, bir milyona yaxın azərbaycanlıları DQMV və ətraf rayonlardan dini soyqırım terroru ilə öz dədə-baba yurdlarından qovub işğal etdilər? Bizsə sanki, *ermənisiz yaşaya bilmərik* deyirik və onları dəstəkləyənlərə möhür vurdururuq?

İsrafil 2022-10-10 20:30:11

Heç nə anıaşılmır. Zəfər bayramı,atəşkəs.sülh müqaviləsi,Avropa.moskva görüşləri....Nətocəsizıik , boş lovğalıq,gənc əskərlərin mənasız şəhod eduknəsi.yaralılar və dağınrı.İki ildir davam etməkdədir.Niyə ciddi yanaşma yoxdur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol