Menu

“Mən artezian quran deyiləm, Yaponiya səfirinə müraciət edim?” - Aqil Abbas

11.10.2022, 12:04
“Mən artezian quran deyiləm, Yaponiya səfirinə müraciət edim?” - Aqil Abbas

“Ağcabədidə 115 artezian quyusu batıb, işləmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti cəmi 11 artezian quyusunun təmirinə pul ayırıb: “Camaat deputatdan da, başçıdan da artezian istəyirlər. Mən başa sala bilmirəm ki, mən artezian quran deyiləm. Necə ola bilir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Əhmədzadənin vaxtında bu işlər vaxtında görülürdü, amma indi görülmür? Bu camaata əkib-biçməyə su lazımdır. Ölkədə su çatışmazlığı var idi. Qabaq Yaponiya Ağcabədidə bir-iki artezian quyusu vurmuşdu. Biz yenə Yaponiyaya müraciət edək? Gərək Yaponiya səfirinə müraciət edim ki, Ağcabədidə yenə artezian quyusu vursun, bu camaat kənddən köçüb getməsin?! Şəmkirin kəndlərində də belə problemlər var”.

Sədr Sahibə Qafarova da məsələyə reaksiya verib: “Şəmkiri mənə görə vurğulayırsınız? Bütün kəndlərdə bu cür problemlər var”.

Xatırladaq ki, Sahibə Qafarova 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib.

Şərhlər

Mühəndis B. 2022-10-11 13:22:58

Acınacaqlı görünsə də, Azərbaycanda güçlü Dövlət Administrasiyası olsa da, Azad-eşidilən elm, Sərbəst çalışan Hökumət-Nazirlər Kabineti bu gün də yox kimi deyilmi ki, belə suallar deputatların siyasi müzakirəsinə çevrilir?

Adil 2022-10-11 13:08:35

MST ASC-nin rəhbərliyi on aydır yerli idarələrə pul köçürür ki, hələ fikirləşirik. Pul olmadığı üçün idarələr də xırda işləri borc-xərclə, əhalinin hesabına görür. Yəni təzə rəhbərlik həm var həm də yox kimidir. Bu cavan kadrlar hər şeyə dəstəsinin tarlası kimi baxır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol