“Azərbaycan diplomatik korpusuna qarşı bir neçə insidentlə biz erməni radikallarının istifadə etdiyi bədnam terror taktikasının geri qayıtdığını görürük”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev tviterdə yazıb.
“1970-80-ci illərdə türkiyəli diplomatlara və 1988-94-cü illərdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər”, - o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edilib.


Şərhlər
Terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər.Əlbəttə,bu faktdır və bizi məyus edir ki,yəni qüdrətli ölkələr bunu görmürlərmi?Amma düşünsək ki terror aktlarını pisləməli olan həmin o qüdrətli ölkələr özləri Azərbaycan və Türkiyəni cəzalandırmaq üçün zaman-zaman erməni radikallarından istifadə edirlər,o zaman niyə terroru pisləmədikləri bəlli olar.Səfirliyin maşınına atəş açılıb---bu faktdır.Atəş açan erməni olub---bu da faktdır.Amma erməniyə kim və niyə deyib Azərbaycan səfirliyinin maşınına atəş aç.Bax məsələ bundadır.
Ne qeder ki dünyada müselmanlar birleşmeyib bir gğc olaraq meydanda yoxdur ABŞ,Fransa ,Böyük Britaniya ve diger dövletler bşr xristian kimi çaqqal ermenini müdafie edecekler.Bu konkret bele olub beledir ve belede olacaq eger qarşılatında güclü bir müselman birliyi görmeseler.Bu birliyin yaranması da yeqin ki dünyanın sekkizinci möcüzesi olar.