Menu

Ermənistan hərbi toplanış qaydasını dəyişir

14.10.2022, 00:01
Ermənistan hərbi toplanış qaydasını dəyişir

Ermənistanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanış müddəti 3 aydan 25 günə endirilir.

Novator.az-ın məlumatına görə, hökumətin 13 oktyabr iclasında çıxış edən müdafiə naziri Suren Papikyan belə deyib. O, qərarı 3 aylıq hərbi toplanışların effektsiz olması, həmçinin iş yerlərində problem yaratması ilə əsaslandırıb.

Azərbaycanda hərbi vəzifəlilər il ərzində bir dəfədən çox olmayaraq 1-2 ayadək müddətə toplanışlara çağırıla bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol