Rusiya İran istehsalı olan “Arash-2” Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükünə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu baradə İran mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, yeni PUA-lar hazırda Rusiya envanterində olan və Ukraynada istifadə olunan “Şahid-136” dronlarından daha böyük döyüş başlığı daşıya bilir.
Həmçinin qeyd olunur ki, video və infraqırmızı skanerlərlə təchiz edilmiş “Arash” PUA-ları saatda 100 km sürətlə hərəkət edir və 170 kilometr uçuş məsafəsinə malikdir.
Onu da qeyd edək ki, “Flightradar-24” sisteminə əsasən, İl-76 təyyarələri İran hava limanından PUA-ların ilk partiyasını qəbul edərək, Rusiyaya doğru yola çıxıblar.
“AzPolitika.info”



Şərhlər