Menu

"Ölkəmizə qarşı təhdidlər var" - MM-in komitə sədri

18.10.2022, 11:33
"Ölkəmizə qarşı təhdidlər var" - MM-in komitə sədri

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət o qədər güclüdür ki, ölkəmizə qarşı müqavimət və təhdidlər var. Ona görə də bu siyasət ətrafında birləşməli və belə də davam etməliyik”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Komitə sədri xatırladıb ki, AŞPA-nın sessiyası çox gərgin keçib:

“Ermənilər və onların ətrafında toplanan şəxslər Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsi başladıb. Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış, bir neçə mərhələdən ibarət hücum planı həyata keçirildi. Plan nədən ibarətdir? Sərhədlərdə provokasiyalar törədilir. Sonra video-foto şantaj, Azərbaycanın imicinə qarşı beynəlxalq səviyyədə xüsusi təxribatların törədilməsi. Bunun əsasında sənədlərin qəbul edilməsi. Ən nəhayət bunların əsasında danışıqlar prosesində pzlərinə nəsə əldə etmək”.

O qeyd edib ki, Avropa Şurası sanki ermənilər tərəfindən xüsusi bir məkan olaraq seçilib:

“Çünki, onlar – ermənilər Avropa Birliyi, beynəlxalq səviyyədə uduzduqlarının fərqindədirlər. Artıq Avropada da bilirlər ki, bu provokasiyaları kim törədir və nəyə görə törədir”.

Şərhlər

B.Qarabağlı 2022-10-18 13:42:38

Azərbaycan Konstitusiyasına zidd süni siyasi münaqişə və təxribatlar 1987 ci ilin ilk günlərindən xarici lobbilərin sövdələşmələri ilə başladılıb? Kreml altı 2ci anti-konstitusion cinayət mərkəzi Xankəndi (Stepanakert) seçilib? Heyf ki, nə o zaman və hazırda da siyasi dünya aləmi, xüsusilə biz-Azərbaycan hadisəni obyektiv qiymətlə-kəskinliklə qapatmamışıq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol