Menu

Ukrayna İsraildən "Dəmir günbəz" kompleksi almaq istəyir

18.10.2022, 18:05
Ukrayna İsraildən "Dəmir günbəz" kompleksi almaq istəyir

Ukrayna İranın "Shahed-136" pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün İsraildən "Dəmir günbəz" zenit raket kompleksi almaq istəyir.

"Report" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat verib.

Onun sözlərinə görə, Kiyev bununla bağlı Təl-Əvivə rəsmi sorğu göndərəcək.

Qeyd edək ki, Rusiya son günlər Ukraynaya İran PUA-ları ilə zərbələr endirir.

Bir müddət əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar zərərsizləşdirildikdən sonra Kiyev Tehranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol