ƏLİYEV VƏ ƏRDOĞAN ZƏNGİLAN AEROPORTUNUN AÇILIŞINI ETDİLƏR - VİDEO (Yenilənir)

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

***

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Türkiyə lideri bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.

Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım , AKP sözçüsü Ömər Çəlik, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayət edirlər.

Xatırladaq ki, Türkiyə lideri ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.

635x100

Şərhlər

qaraguruh 2022-10-20 19:19:23

MAŞAALLAH

Cəmşid Dərələyəzli 2022-10-20 16:51:15

Yürüyün. Gülerek, kah-kaha ataraq birge yürüyün. Bunun özü de tüm Türk duşmanlarına bir ateşdir, bir mesajdır. İsteyen seveinecek, qürurlanacaq. İstemeyenler isə kahr olacaq, çatlayacak, patlayacaklar. Allah bu birliyi, bu duruşu, bu gülüşü bol eyləsin, daim eyləsin, Yürüyün. Yürüyün ki, zaman Sizin, zaman Türkün zamanıdır. Zaman Turan zamanıdır!

Son yazılar