ÖLKƏDƏ BİR AİLƏNİN NORMAL YAŞAMASI NEÇƏYƏ BAŞA GƏLİR? - ARAŞDIRMA

Mütəxəssislər hesab edirlər ki, mövcud bazar qiymətləri ilə hesablandıqda ailənin bir üzvünün yaxşı yaşaması üçün minimum aylıq 1000 manatı keçən gəliri olmalıdır. Amma sağlamlıq, istirahət xərclərini də nəzərə alanda vəziyyət daha da mürəkkəbləşir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim ediri:

Son vaxtlar dükan-bazarda tez-tez bahalaşma ilə rastlaşırıq. Qiymətlər artdıqca, təbii olaraq, aylıq xərclər də çoxalır. Bu xərclər də maaş, təqaüd hesabına ödənir. Bahalaşma əslində, öyrəşdiyimiz standartları da dəyişir. 3 il öncəki xərclərlə indikilər eyni deyil.

Maraqlıdır, bu gün Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır?

Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

210 manatla istehlak səbətini doldurmaq mümkündürmü?

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır: “Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 50 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 50 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib. Minimum əmək haqqı 300 manatdır. 300 manatdan vergiləri çıxsaq, təxmini 270 manat edir. Bunun 50 qəpiyi tək bir nəfər üçün gündəlik çörəkdir. Hesab etsək ki, orta hesabla 1 ayda 30.4 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Yerdə 254 manat vəsait qalır. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir. 254 manatdan çıxsaq, yerdə 251.15 manat vəsait qalır”.

“Minimum əməkhaqqı bazar qiymətlərindən 3 dəfə aşağıdır”

Bu gün ən çox bahalaşma yağ məhsullarında müşahidə edilir. Marketlərdə ən ucuz günəbaxan yağının 1 litri 5 manat 10 qəpikdir. Mütəxəssis vurğulayır ki, Nazirlər Kabineti normasında əmək qabiliyyətli əhali üçün bitki yağı, marqarin və digər piylər 10.9 kq qeyd olunub. Bu səbətə görə, bir adama ayda 0.912 kq yağ lazımdır. İndiki qiymətlə, 5 manat 10 qəpikdən hesablasaq və o məbləği 251 manatdan çıxsaq, 246 manat qalır. Cədvələ əsasən, 1 ay kartof qızartması ilə çörək yesək, aya 24 manat vəsait lazımdır. Reallıq onu göstərir ki, hazırda minimum əməkhaqqı bazar qiymətlərindən azı 3 dəfə aşağıdır. Bir əməkqabiliyyətli şəxsin yaşaması üçün azı 900 manat vəsait lazımdır. Gündəlik qiymətlər qalxırsa, hökumət bununla bağlı addım atmalıdır. Çünki NK qeyd edilən cədvəli minimum əmək haqqı ilə belə uzlaşmır, nəinki bir adamın normal yaşaması”.

“Minimum əmək haqqı bir ailəyə bəs etmir”

Mütəxəssis deyir ki, yaşamaq tək yeməkdən, geyinməkdən ibarət deyil. Hər bir insanın istirahət etmək haqqı var: “Məsələn, bir ailədə 2 nəfər işləyir. Ata və ana hərəsi 300 manat (minimum əmək haqqı) alır. 2 övladları var, onlar məktəblidir. Onların əməkhaqlarından vergiləri çıxsaq, təxmini əllərinə 540 (270 + 270) manat gələcək. Bu məbləğlə bu ailə istirahət edə bilməz. Hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı ailəyə məzuniyyət zamanı 80 faiz ödəməklə göndəriş versə, yenə də istirahət etmək mümkün olmayacaq. Demək minimum əmək haqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə xərclər üçün kimlərdənsə borc almalıdırlar və ya istirahətdən imtina etməlidirlər”.

“1000 manat belə rahat yaşamağa kifayət deyil”

Mütəxəssis hazırda bazar qiymətlərini nəzərə alaraq, öz hesablamalarına əsasən düşünür ki, ailənin bir üzvünün orta yaxşı yaşaması üçün 1000 manat belə kifayət deyil: “İndiki tələblərə uyğun olaraq, hər bir ailə üzvü üçün gəliri 1000 manat götürsək və ümumilikdə, ata və ana vergiləri çıxmaqla 800 manat alsa belə, bu, yenə də rahat yaşamaq üçün kifayət etməyəcək. Rəsmi statistikaya inansaq və 23 faiz inflyasiyanı nəzərə alsaq, bir ailənin üzvlərinin gəliri 1000 manat həddini keçməlidir ki, ölkə daxilində normal yaşasın. İndiki halda ölkə üzrə statistik rəqəmləri götürsək, ümumi olaraq əhalinin 25-30 faizi bunu özü üçün edə bilər”.

Ev almaq və tətilə getmək istəyirsinizsə...

İqtisadçı Xalid Kərimli deyir ki, yaşayış minimumu minimum istehlak səbəti əsasında hazırlanır. Amma burada adından da göründüyü kimi minimum norma götürülüb. Orta norma çıxarılmayıb. Mütəxəssis hesab edir ki, orta yaxşı yaşamaq üçün, ailədə adambaşıma düşən məbləğ 1200 manat olmalıdır: “Bir ailənin Azərbaycan standartlarında yaşaması üçün adambaşına ən azı 600 manat pul lazımdır. Burada yığım və mənzil təminatından söhbət getmir. Cari xərclərin qarşılanması üçün ailə 2 nəfərdən ibarətdirsə 1200 manat, 5 nəfərdən ibarətdirsə 3000-dən artıq gəliri olmalıdır ki, normal yaşasın. Ev almaq və tətilə getmək istəyirsinizsə, təbii ki, gəlirləriniz artmalıdır. Daha yaxşı yaşamaq üçün isə adambaşına 1200 manat gəlirin olmalıdır”.

635x100

Şərhlər

Kəmaləddin 2022-10-23 18:33:58

Yaşam minimumu təyin edən,təsdiqləyən Millim Məclisin ölkədəki kommunal xərclərdən.səhiyyə məsrəflərindən,ırzaq və xidmətlərin qiymətlərindən,geyim,və nəqliyyat qiymətlərindən xəbərləri varmı? Hansı ağılla və hesabla aylıq 310-220 mqnqt tyin ediblər və hansl hesabla mullətə 300-manat aylıq məvacib verirlər.Bunları bir düşünən,baxan.maraqlanan hökumət niyə ortada görünmür.Beləliklə milləti Siz hara aparırsınız?

Aydın 2022-10-23 15:05:29

Bir ailənin normal yaşaması üçün ailəyə deputatların maaşı qədər pul daxil olmalıdır.Əgər belə deyilsə onda deputata maaş niyə və hansı əsaslarla bu qədər təyin ediblər.Onlara maaş yaşamaq üçün verilmir?

Şəhriyar 2022-10-23 14:18:54

Azərbaycan Hökumətinin rəhbər heyətinin əhalinin vəziyyətindən ümumiyyətlə xəbəri var?

Rasim Quliyev 2022-10-23 13:56:29

yalniz icra hakimleri,deputatlar,polis reisleri yaxsi yashayir qalan hami

Cavid 2022-10-23 13:47:28

Allah ağzından eşitsin ay iqtisadçı

Firudin Əliyev 2022-10-23 13:46:20

Azərbaycan hökuməti bi qədr neft,qaz,mədənlərdən daxil olan gəlirlərin 20 faizini millətə versə ölkədə yaşam 5 dəfə yaxşılaşar.Yaşam minimumu təyin edən siyahi deputatlara 8000-10000 maaa təyin edən hökummət bunu hansı hesabla və niyə ediblər.i Milli məclisdə əsası olmayan,uzlaşmayan qərarlarla xalqı vaxtından əvvəl ölümə,xəstəliyə salır.normal qidalanmaqdan və yaşamdan məhrumk ediblər.Buna niyə hökumət diqqət etmir?,

Elgun 2022-10-23 13:41:55

4 neferlik aileye 1000 manat bes etmir qetiyyen. Men ne qeder eziyyet çekib çırpınsamda hər ay 500 azn yuxarı gelir əldə edə bilmirəm. 1 ailede 2 körpə uşaq varsa ana necə işləsin? İnanki Azerbaycanın 70 faizi normal dolana bilmir. Hər şey çox bahalaşıbki. Dükana gedende uşaq nese isteyende ala bilmirem. Uşaq çox pis olur çox bikef olur. Ne edek çaresi yoxdur.

miri 2022-10-23 13:37:11

Bir ailənin normal yaşaması üçün isə ..........

Peniyaçı 2022-10-23 13:36:58

Bu hesab,yəni yaşam səbətini təyin edənlər bir başa Azərbaycan xalqının düşmənləridir.Kommunal ,səhiyyə,nəqliyyat xərcləri, aylıq 95-100 manat civarındadır -100=110 MANAT! 110manatla indiki qiymətlərlə bir insanın bir ay yaşaması mümkün sayan deputat.nazir xalq düşməni deyilmi?ı

Son yazılar