Finlandiyanın hökuməti tərəfindən NATO-ya üzvlüyü haqqında hazırlanmış qanun layihəsi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə icazə verir. Bu barədə Finlandiyada nəşr olunan “İltalehti” qəzeti ölkənin xarici siyasət və təhlükəsizlik sahəsindəki mənbələrinə istinadən xəbər yayıb.
Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı sənədin demək olar, hazır olduğu və iki həftə ərzində parlamentə təqdim olunacağı gözlənilir. Nəşrin məlumatına görə, qanun layihəsində həmçinin NATO-nun hərbi bazalarının və hərbi kontingentinin ölkədə yerləşdirilməsi qadağan edilmir.
Sənəd Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri, həmçinin Prezidentin Aparatı tərəfindən hazırlanıb.
Qəzetin mənbələrindən birinə görə, Finlandiyada nüvə silahını məsələn, Helsinkinin ABŞ-dan sifariş etdiyi 64 F-35 qırıcılarında yerləşdirilə bilər.
"AzPolitika.info"


Şərhlər