NAZİR MÜAVİNİ "AZƏRBAYCAN DƏMİR YOLLARI"na RƏİS TƏYİN EDİLDİ - Foto + DOSYE (Yenilənib)

Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə (“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə) daxil olub. 2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın “İnzibati idarəetmə” fakültəsinin (“İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası) magistraturasına daxil olub. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.

Bundan sonra təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olub. 29 noyabr 2007-ci ildə isə “Aqrar sahənin davamlı inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra “Davamlı inkişafın aktual problemləri və tənzimlənməsi istiqamətləri” mövzusunda monoqrafiya üzərində çalıb.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. “Azərpoçt” MMC-də çalışdığı 8 ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına da yaxından cəlb olunub, eləcə də 2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub.

2012-ci ilin 14 fevral tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub. 2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. 

2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Ailəlidir, 1 övladı var.

635x100

Şərhlər

Dövlətini sevən 2022-12-04 11:42:42

Rövşənin ildırım sürəti ilə vəzifə pillələrinə yüksəlməsinin səbəblərini araşdırmaq lazımdır ki, gələcəkdə xoşagəlməz hadisələr baş verməsin ?

Qocayeva 2022-10-31 23:06:23

Əgər kadr siyasətinə ciddi fikir verilməsə respublikada heç bir sahədə uğurlar qazanmaq mümkün olmayacaq !

Oxucu 2022-10-29 20:46:40

Mürvət Rüstəmovun oğlanları ildırım sürəti ilkə vəzifədən-vəzifəyə yüksəlirlər, Ona görə də Mürvətin gözü qabağını görmür,........ onların PA-da day-dayıları var ?. Kadrlar yerində olmayanda sosial narazılıqlar artmaqda davam edir....... .Jurnalist hara- Dəmir yolu hara . İnkişafdan söhbət gedə bilməz ?

Mühəndis 2022-10-29 19:40:46

Təyin olunduqları sahələrə aid ixtisas təhsili. iş təcrübəsi olmayan şəxslərin nazir,Komitə sədri kimi vəzifələrə təyinatı ölkənin həm sənayesini,həm xidmət sahələrini,həm maliyyə sahəsini və digər sahələrin planlı və mütəəqqi iş apatılmasının qarşısını alıb.BU adamlar yalan statistika bəyan etməklə özlərinin guya məhsuldat işlərini gözə soxurlar.isal olaraq İqtisadiyyat nazirliyinin işini göstərmək olat.Dövlət Sənaye sahələrinin sökülüb dağıldığ ölkədə ir gənə də olsun iri müəssisə yatadılmadıöı halda sənaye məhsulu istehsalının artımından necə məlumat yaymaq olar və s....b

uzaggoren 2022-10-26 23:22:03

cox gulmelidi fvvf daha cox aglamalidi. Kend teserrufati hara demir yollari hara. bele eyler ancag azerbayjnda ola biler. men deve gotu yaglayan pesesi bitirmisem meslehet gorun hansi nazirligde nazir ileye bilerem. Dayim var.

Adam 2022-10-26 22:17:19

Eziz Demiryolchu! Bu olkede hansi rehber vezifede(az istisnalarla) hemin saheni bilen oturub. Omrunle bir xeste sagaltmayan, bir xestelik tarixi yazmayan -bash hekimdir, bir saat ders demeyen-direktordur ve s ve i.a. Nazir ve onlarin muavinleri ise.... gorduyunuz kimi.

Dəmiryolçu 2022-10-26 19:39:55

Bu adamın dəmir yol strukturundan.dəmir yol nəqliyyatının işindən xəbəri olmadığı halda o idarədə bu neynəyəcək?Bunu bir düşünən varmı? Hər sahənin öz spesifik xüsusiyyətləri olduğundan bu sahədə ixtisaslaşmış şəxsin sahəyə rəhbərliyindən müsbət nəticə gözləmək cəfəngiyatdır.Onu hər an aldada,səhv qərar vüeməyə (bir çox sahələrdə olduğu kimi ) təhrif etmək mümkün olduğundan (çünki adam sahənin spesifikasını bilmir və bunu öyrənməyib.) orada müsbət bir nəticə gözlmək sadəlövhlükdür.

Son yazılar