“Bu, jurnalistika deyil, tərbiyəsizlikdir!” - Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalına reaksiya

“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”.

Bu sözləri Bakupost.az -a Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı açıqlamasında deyib.

“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.

635x100

Şərhlər

Lətif 2022-10-27 11:27:40

Bu mətbuatın sədri olanda belə olar da...

Sadiq 2022-10-27 11:10:03

Yazılan bütün şərhllərə razıyam və haqlı sayıram.Gənc jurnalist də bizim balamızdı. Onu bu qədər alcaldanlar və təhqir edənlərin kimliyi bir daha bəlli oldu…

Roma-ya 2022-10-27 10:44:02

İzah etməyə mədəniyyət.tərbiyə tələb olunur.Bu onlarda olmadığını özləri sübut etdilər.Biri zəhərli ilan,digəri axmaq adlandırdı.bUnların səviyyəsi budur.Sual onları ağrıdıb.Od olmayan yerdən isə tüstü çıxmır.Sadəcə Rəşad Məcidin bu özlərindən razılara yaltaqlanması təəcüb doğurur.Ondan mətbuata başçı olarmı?

Rəşad Məcidə 2022-10-27 10:39:30

Bəs haqlı və maraqlı sualı verən jurnalisti zəhərli ilan, ,axmaq adlandlran Anar və Çingiz hansı tərbiyənin sahibləridir? Bu mədəniyyətsizliyin adı nədir?

Elxan 2022-10-27 10:38:20

Tərbiyəsizlik,xalqın pulunu lazımsız bir təşkilatın əldəqayırma qurultayı üçün israf etməkdir.Bütün dünya ölkələrini araşdırın,heç bir ölkədə "yazıçılar birliyi" deyilən və yaxud buna bənzər bir qurum yoxdur

köhne 2022-10-27 10:32:48

Her bir insanin,əsasen de jurnalistleri maraqlandiran suallara cavab vermek sizin borcunuzdur.Adam kimi cavab vermek lazimdir.Qaldi Çingiz Abdullayevə.Onun əserleri yəni Dronqo belə geldi Dronqo belə getdi bu eserlerde heveskarlari olsada əleyhdarlari da var.Onu kim seçibeee xalq yaziçisi.

Roma 2022-10-27 09:03:52

"""“Bu, tərbiyəsizlikdir” - Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalına REAKSİYA"""...Rəşad Məcidin bu məsələyə belə yanaşmasını düzgün hesab etmirəm. Jurnalist belə bir sual vermişdir, bunu bu dərəcədə şişirtməyin nə mənası var. Nə böyük qəbahətli iş görüb ki, sualdı verib 1-2 dəqiqəyə izah elə, qutarıb getsin...

Senan 2022-10-27 07:33:55

R.məcidin cavab fikri qəbul edilən deyil.jurnalistin sualı təhqir xaraterli görūnmūrdū

Mahir 2022-10-27 07:33:15

Bu nə tez..........

Kamal 2022-10-27 03:17:36

Yaman yazırıq, ay yazıq!

oxucu 2022-10-27 00:11:27

Rəşad Məcid bu yaşa gəlib çatıb amma hələ də anlamayıb ki, istənilən halda kimisə təhqir etmək yolverilməzdir. Özündə Mətbuat Şurasının sədrisən....

dadaşyev 2022-10-26 23:51:42

Sual vermək jurnalistin vəzifəsidir.Yazıçı suala təmkinlə cavab verməliydi,çünki yazıçılıq başqa işlərə bənzəməz.Həm də Çingiz Abdullayev kimi dünya şöhrətli yazıçı qurultay kimi mötəbər məclisdə hisslərinə hakim olmalıydı.Rəşad müəllim də deyir ki,sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının ağzına soxan jurnalistlərə münasibətimi bildirəcəyəm.İri mikrofonu soxan jurnalistlərə heç nə deməyəcək görəsən?

t.ədalət 2022-10-26 23:50:09

Rəşad Məcidin bir ..... olan yazıçı Çingiz Abdullayevə görə jurnalisti tərbiyəsiz adlandırması çox pis haldır.Təəssüf ki Rəşad Məcid MŞ-nın sədri kimi kimliyini çox tez ortaya qoydu.Bu,heç yaxşı hal deyil.

Son yazılar