Menu

"Ağır bir yol qəzası idi, Allah qorudu" - Binəli Yıldırım

27.10.2022, 13:14
"Ağır bir yol qəzası idi, Allah qorudu" - Binəli Yıldırım

Bir həftə əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngilanda mənim, millət vəkili Şamil Ayrımın və mühafizəçinin olduğu avtomobil qəzaya uğradı. Avtomobil bir neçə dəfə çevrildi, ağır bir qəza keçirdik. Allaha şükür edirəm, Allah qorudu.

APA xəbər verir ki, bu barədə xəstəxanadan evə buraxılan Binəli Yıldırım bildirib.

O, başında iki dəfə cərrahiyə əməliyyatının aparıldığını qeyd edib, eyni zamanda, əlavə edib ki, körpücük sümüyü də əməliyyat edilib.

“İki qabırğam qırılıb. Bu da zamanla keçəcək”, - Binəli Yıldırım vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol